Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə finala yüksəlib.
Bizim.Media xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Ramazan Kocakov (Bəhreyn), Çarli Yanq (Böyük Britaniya) və Yanislav Gerçevə (Bolqarıstan) qalib gəlib.
Nəcəfov qızıl medal uğrunda Matteo Pirasla (İtaliya) görüşəcək.
Eyni çəkidəki Orxan Səfərov ilk görüşündə Jaehonq Ana (Cənubi Koreya) uduzub.
66 kq-dakı Kəramət Hüseynov 1/16 final mərhələsinə təsadüf edən ilk qarşılaşmasında Hakberdi Jumayevə (Türkmənistan) yenilib.
Qadınların yarışında 48 kq-da Leyla Əliyeva eyni raundda Narantsetseg Canbaatara (Monqolustan), 52 kq-da Gültac Məmmədəliyeva Maria Tabaya (Braziliya) məğlub olub.
Qeyd edək ki, Azərbaycan Qran-pridə 14 cüdoçu ilə təmsil olunur.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:00 / 15.07.2022
Cüdoçumuz Qran-pridə finala yüksəldi
Hazırda oxunan: Cüdoçumuz Qran-pridə finala yüksəldi
Hazırda oxunan: Cüdoçumuz Qran-pridə finala yüksəldi
83886
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.