"Ötən gün maraqlı yuxu görmüşdüm. Yuxuda Qarabağda və Şuşada idim".
Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında bildirib.
Q.Qurbanov yuxusuna millət vəkili Aqil Abbasın da girdiyini deyib:
MÖVZU İLƏ BAĞLI:
"Qarabağ" darmadağınla növbəti mərhələyə yüksəldi - VİDEO
"Görürəm ki, Şuşada dağın başındadır. Qar yağıb və Aqil müəllim qarın içindədir. Məndən bir az yuxarıdadır və deyir ki, Qurban, gör şəhər necə istidir. Mənə bir-bir təpələri göstərir ki, gör oraya necə qar yağıb. Baxıram və görürəm ki, oralar ağdır. Bəlkə də bu oyundan əvvəl Aqil müəllim mənə zəng etməyib, buna görə yuxuda onu görmüşəm".
Qeyd edək ki, "Qarabağ" bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Bizim.Media