Rafael Fiziyev UFC-nin reytinq cədvəlində 3 pillə irəlilədi

Rafael Fiziyev UFC-nin reytinq cədvəlində 3 pillə irəlilədi

Hazırda oxunan: Rafael Fiziyev UFC-nin reytinq cədvəlində 3 pillə irəlilədi

83389

UFC (Mütləq Döyüş Çempionatı) MMA döyüşçülərinin yeni reytinq cədvəlini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycan döyüşçüsü Rafael Fiziyev yüngül divizionun reytinq cədvəlində 3 pillə irəliləyərək yeddinci yerə yüksəlib. 

Qeyd edək ki, iyulun 10-da ilk dəfə Azərbaycanı təmsil edən 29 yaşlı idmançı ABŞ-ın Las-Veqas şəhərində braziliyalı Rafael dus Anyusla üz-üzə gəlib.

R.Fiziyev "UFC Vegas 58" turnirinin sonuncu - 5-ci raundunda rəqibini nokauta salıb. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO