Niyazi Əliyev niyə ağladı?  ”“ Açıqlama

Niyazi Əliyev niyə ağladı? ”“ Açıqlama

Hazırda oxunan: Niyazi Əliyev niyə ağladı? ”“ Açıqlama

82040
“Bakı-2015”x9d Avropa Oyunlarında kişilərdən ibarət karate milimizi 67 kq-da təmsil edərək bürünc medal qazanan Niyazi Əliyev “Gündəlik”x9d verilişinin qonağı olub. 

Moderator.az-ın məlumatına görə, idmançı oyundan sonra göz yaşı tökməsinin səbəbini açıqlayıb: “İnsan əziyyətinin bəhrəsini görməyəndə və verdiyi sözü tuta bilməyəndə təəssüflənir. Elə idmançılar var ki, yarışdan kənarda qalib və ya medal qazanmayıb. Bürünc medalı özümə layiq bilmirəm. 67 çəki dərəcəsində sözünü demiş idmançıyam. Məğlub olduğum türkiyəli Burak Uyğura Türkiyədə qalib gəlmişəm. Müəllimimiz bizim üçün hər dəfə həyəcan keçirir, yarışdan əvvəl ürək dərmanı içir. Zəhmətimin bəhrəsini görmədim. Ağlamağıma səbəb oğlumun orada olması idi. İstəyirdim ki, qızıl medalı onun boynuna salım. Gələnlər məndən qızıl medal gözləyirdi. Rəhman müəllimimi məyus etdiyim üçün ağlayırdım”x9d. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO