Avropa birinciliyi: Cüdoçularımız komanda yarışlarında mübarizə aparır

Avropa birinciliyi: Cüdoçularımız komanda yarışlarında mübarizə aparır

Hazırda oxunan: Avropa birinciliyi: Cüdoçularımız komanda yarışlarında mübarizə aparır

81051

Xorvatiyanın Poreç şəhərində yeniyetmə cüdoçular arasında Avropa birinciliyinin komanda yarışları start götürüb.

Bizim.Media xəbər verir ki, 14 ölkədən 157 idmançının qatıldığı komanda yarışında əsas heyətdə Azərbaycanın 3 qız və 3 oğlan cüdoçusu Aydan Vəliyeva, (48 kq), Fidan Əlizadə (63 kq), Nigar Süleymanova (+70 kq), Nizami İmranov (60 kq), Camal Baxışov (81 kq), Ramazan Əhmədov (+90 kq) yer alıb. Ehtiyat siyahıda isə 2 qız və 2 oğlan cüdoçumuz Xumar Qasımzadə (48 kq), Vüsalə Hacıyeva (63 kq), Şahin Oruczadə (60 kq), Əli Hacızadə (81 kq) var.

Baş məşqçi Rüstəm Alimli, məşqçi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə yeniyetmə oğlanların, məşqçi Elnur İsmayılov isə qızların komandasına rəhbərlik edir.

Qeyd edək ki, yeniyetmə oğlanlardan ibarət milli yığma komandamız fərdi yarışlarda 2 qızıl, 4 bürünc medal qazanaraq Avropa birinciliyində medal əyarına və sayına görə birinci yeri tutub.

Ümumi komanda hesabında isə 3 qızıl, 1 gümüş və 4 bürünc medalla Azərbaycan yığması ikinci yeri tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO