Mehman Allahverdiyev yenidən “Kəpəz”ə qayıtdı – BİR İLLİK MÜQAVİLƏ

Mehman Allahverdiyev yenidən “Kəpəz”ə qayıtdı – BİR İLLİK MÜQAVİLƏ

Hazırda oxunan: Mehman Allahverdiyev yenidən “Kəpəz”ə qayıtdı – BİR İLLİK MÜQAVİLƏ

80673

2016-cı il sentyabrın 22-də “Kəpəz” Peşəkar Futbol klubunun Müşahidə Şurasının qərarı ilə icraçı direktor vəzifəsindən azad olunan və o vaxtdan futbol sahəsində çalışmayan Mehman Allahverdiyev klub yüksək liqaya vəsiqə qazandıqdan sonra yenidən rəhbər vəzifəyə təyin olunub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə təmsilçisi tanınmış mütəxəssislə 1 illik müqavilə imzalayıb. Bir zamanlar “Kəpəz”in önəmli futbolçularından olan, həm futbolçu, həm də məşqçi kimi uğurlara imza atan M. Allahverdiyevin Gəncə klubuna 3-cü qayıdışıdır.  

O, "Kəpəz"in baş məşqçisi kimi 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kuboku, 2 dəfə gümüş, 1 dəfə bürünc medalları qazanıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO