Teymur Rəcəbov ABŞ şahmatçısı ilə qarşılaşacaq

Teymur Rəcəbov ABŞ şahmatçısı ilə qarşılaşacaq

Hazırda oxunan: Teymur Rəcəbov ABŞ şahmatçısı ilə qarşılaşacaq

79804

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

Bizim.Media xəbər verir ki, 35 yaşlı qrossmeyster II turda qara fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşacaq.

İlk turda Fransa təmsilçisi Alireza Firuzca ilə heç-heçə edən Rəcəbov 0,5 xalla 3-6 -cı yerləri bölüşdürür.

Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

İddiaçılar Turniri

II tur

Hikaru Nakamura (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan)

Rixart Rapport (Rumıniya) - Alireza Firuzca (Fransa)

Yan Nepomnyaşi (FIDE) - Fabiano Karuana (ABŞ)

Yan-Kşiştof Duda (Polşa) - Dinq Liren (Çin)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO