“Sərhəd” hərbi-idman oyunları keçirildi - FOTO

“Sərhəd” hərbi-idman oyunları keçirildi - FOTO

Hazırda oxunan: “Sərhəd” hərbi-idman oyunları keçirildi - FOTO

79452

Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Sərhəd” hərbi-idman oyunları keçirilib.

Gənclər və İdman Nazirliyindən Bizim.Media-ya bildirilib ki, bu il ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 36 sərhədyanı və digər rayonların 181 məktəbinin 905 şagirdi iştirak edib, ilk iki mərhələnin yekunlarına görə 10 komanda iyun ayının 1-dən 10-dək final mərhələsində mübarizəni davam etdirib.

Final mərhələsinin yekunlarına görə Qusar rayonunun Yuxarı Zeyxur kənd tam orta məktəbinin “Zeyxur” komandası birinci, Cəlilabad rayonunun Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası ikinci, Qax rayonunun Zəyəm kənd tam orta məktəbinin “Zəfər” komandası isə üçüncü yeri tutublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO