\

\"Qəbələ\"dən 3 futbolçusu ilə YENİ MÜQAVİLƏ

Hazırda oxunan: \"Qəbələ\"dən 3 futbolçusu ilə YENİ MÜQAVİLƏ

79090

“Qəbələ” daha üç futbolçusu ilə müqavilə müddətini uzadıb.

Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, Asif Məmmədov, Murad Musayev və Urfan Abbasovla anlaşmalar yenilənib.

Futbolçularla imzalanan yeni müqavilələr daha bir il müddətinə nəzərdə tutulub. Sözləşmələri 2021-2022-ci illər mövsümünün sonunda başa çatan oyunçular 2022-2023-cü illər mövsümündə də “qırmızı-qara” formanı geyinəcək. 

Abbasov “Qəbələ”nin heyətində Premyer Liqada 203 (4 qol), Məmmədov 152 (13 qol), Musayev 60 (2 qol) oyun keçirib.

Xatırladaq ki, “Qəbələ” daha öncə Ruan Renato, İsnik Alimi, Kristof Atanqana və Yaovi Akakpo ilə anlaşmanı bir il müddətinə uzadıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO