“Bundan gözəl mənzərə ola bilməz

“Bundan gözəl mənzərə ola bilməz" - Davud Kərimi

Hazırda oxunan: “Bundan gözəl mənzərə ola bilməz" - Davud Kərimi

78965

“Bundan gözəl mənzərə ola bilməz. Təəssüratlarım çox xoşdur”. 

Bizim.Media xəbər verir ki, bunu Slovakiyanın Koşitse şəhərindəki Avropa çempionatında qızıl medal qazanmış minifutbol üzrə Azərbaycan millisinin qapıçısı Davud Kərimi Heydər Əliyev Beynəlxalq aeroportunda jurnalistlərin suallarını cavablandırarkən deyib. 

“Azərbaycan xalqının duaları sayəsində çempion olduq. İnsanlar hava limanına gələrək bizi qarşılayır, bundan gözəl an ola bilməz” – deyə qolkiper qeyd edib. 
Kərimi finalda qalib gəldikləri Rumıniyaya qrupda 0:2 hesabı ilə məğlub olmalarının səbəbini də açıqlayıb:

“Həmin vaxt ilk matçımıza çıxırdıq, hələ o ab-havanı tam yaxalamamışdıq. Meydança da bir az çətinlik yaratdı. Qrupdan çıxdıqdan sonra məlum oldu ki, rumıniyalılarla bir də finalda qarşılaşa bilərik. Baş məşqçimiz Elşad Quliyev stadionda bütün oyunları izləyirdi, həmçinin biz də oteldə baxır, təhlil edirdik. Bu təhlillərin nəticəsində finalda Rumıniyaya qalib gəldik”. 

Qeyd edək ki, mini futbol üzrə Azərbaycanın millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının qalibi olub. Davud Kərimi isə turnirin ən yaxşı qapıçısı seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO