“2018-ci ildə F-1 Esports pilotu olaraq ilk dəfə Bakıya gəlmişdim. Formula 2 bolidlərini burda görmüşdüm və o vaxtdan bəri F-2-də yarışmaq arzusu məni tərk etməyib. Dörd il sonra yenidən Bakıdayam, amma bu dəfə F-2-də yarışmaq üçün. Mən xəyalımı yaşayıram”.
Bizim.Media xəbər verir ki, bu sözləri Bakıda keçirilən Formula 2 yarışında mübarizə aparan ilk türk pilot Cem Bölükbaşı deyib.
C.Bölükbaşının Bakı trekində yarışması həm yerli media, həm də Formula azarkeşləri arasında böyük maraqla qarşılanıb.
Qeyd edək ki, karyerasına kartinqlə başlayan C.Bölükbaşı müxtəlif dünya səviyyəli traslarda yarışıb və daha sonradan virtual yarışlara maraq göstərərək bu sahədə kifayət qədər uğur qazanıb.
O, 2017-ci Əbu-Dabidə rəsmi Formula 1 Esports yarışlarında dünya beşincisi, 2018-ci ildə "Red Bull Toro Rosso" komandasının heyətində dünya ikincisi adına layiq görülüb. Hazırda C.Bölükbaşı “Charouz Racing System” komandasının pilotu kimi Formula 2-də mübarizə aparır.
Bizim.Media
- A-
- A
- A+
İdman
20:00 / 12.06.2022
Türkiyəli pilot Formula 2 bolidlərini ilk dəfə Bakıda gördüyünü açıqladı
Hazırda oxunan: Türkiyəli pilot Formula 2 bolidlərini ilk dəfə Bakıda gördüyünü açıqladı
Hazırda oxunan: Türkiyəli pilot Formula 2 bolidlərini ilk dəfə Bakıda gördüyünü açıqladı
78921
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.