UEFA Millətlər Liqası: Türkiyə ardıcıl 3-cü qələbəsini qazandı

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl 3-cü qələbəsini qazandı

Hazırda oxunan: UEFA Millətlər Liqası: Türkiyə ardıcıl 3-cü qələbəsini qazandı

78853

UEFA Millətlər Liqasında üçüncü turun son qarşılaşmaları keçirilib.

Bizim.Media xəbər verir ki, sonuncu oyun günündə A, B və C Liqalarında 10 görüş baş tutub.

A Liqasının 3-cü qrupunda İngiltərənin evdə İtaliya ilə matçı qolsuz, Macarıstanın isə Almaniya ilə qarşılaşması 1:1 hesablı heç-heçə ilə başa çatıb. Dördüncü qrupda Niderland Polşa qarşılaşması 2:2, Uels Belçika görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

B Liqasının birinci qrupunda Ukrayna millisi ölkədəki müharibə səbəbindən Ermənistanla Polşanın Lodz şəhərində qarşılaşıb. Görüş Ukraynanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qrupun digər qarşılaşmasında İrlandiya evdə Şotlandiyanı eyni hesabla məğlub edib.

Üçüncü qrupda isə Monteneqro Bosniya və Herseqovina ilə 1:1 hesablı heç-heçə edib, Rumıniya Finlandiya üzərində minimal hesabla qələbə qazanıb.

Türkiyə komandası C Liqasının 1-ci qrupunda səfərdə Lüksemburqu da məğlub edib, 3 oyundan 9 xal toplayaraq vahid lider olub. Digər matçda isə Farer adaları Litvanı 2:1 hesabla məğlub edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO