Azərbaycan yığması finalda

Azərbaycan yığması finalda

Hazırda oxunan: Azərbaycan yığması finalda

78715

Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxacaq. 

Bizim.Media xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu komanda həlledici matçda Rumıniya seçməsi ilə üz-üzə gələcək. 

Qarşılaşma Bakı vaxtı ilə 22:15-də start götürəcək. Yığma B qrupundakı ilk oyununda bu rəqibə 0:2 hesabı ilə uduzub. 

Üçüncü yer uğrunda görüşdə isə Qazaxıstan Bolqarıstanı sınağa çəkəcək. Bu matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Azərbaycan millisi yarımfinalda Qazaxıstana 3:2, Rumıniya isə Bolqarıstana 4:0 hesabı ilə qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO