Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazandı

Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazandı

Hazırda oxunan: Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazandı

78192

Norveçin Stavanger şəhərində “Norway Chess” beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, yeddinci turda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov niderlandlı Aniş Giriyə qalib gəlib. Bununla da o, xalların sayını 11,5-ə çatdırıb və 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. 

Teymur Rəcəbov isə Hindistan təmsilçisi Vişvanatan Ananda “armageddon”da uduzub. T.Rəcəbov ümumi nəticələrə görə, 5 xalla sonuncu yerdədir.

“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara üç xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO