Messi Argentina millisində ilk dəfə bir matçda 5 qol vurdu - VİDEO

Messi Argentina millisində ilk dəfə bir matçda 5 qol vurdu - VİDEO

Hazırda oxunan: Messi Argentina millisində ilk dəfə bir matçda 5 qol vurdu - VİDEO

77834

Argentina milli komandasının futbolçusu Lionel Messi Estoniya ilə yoldaşlıq görüşündə 5 top vurub.

Bizim.Media xəbər verir ki, 35 yaşlı hücumçu penta-trik sayəsində yığmadakı qol sayını 86-ya çatdırıb.
 

Beləliklə, milli komandaların ən yaxşı bombardirləri siyahısında o, 4-cü yerə yüksəlib və Macarıstan millisinin sabiq hücumçusu, 84 qolu olan Ferents Puşkaşı geridə qoyub.

İlk 3-lükdə Portuqaliya yığmasında qol sayını 117-yə çatdıran Kriştiano Ronaldo, 109 qolla İran millisinin əslən azərbaycanlı hücumçusu Əli Daei və 89 qola malik Malayziyadan olan forvard Moxtar Dahari yer alıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO