DÇ-2022: Avropadan son vəsiqənin sahibi Uels yığması oldu

DÇ-2022: Avropadan son vəsiqənin sahibi Uels yığması oldu

Hazırda oxunan: DÇ-2022: Avropadan son vəsiqənin sahibi Uels yığması oldu

77818

Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatına Avropa zonasından son vəsiqənin sahibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Uels yığması 64 ildən sonra bu hüquqa yiyələnib. Robert Peycin baş məşqçi olduğu kollektiv pley-off mərhələsinin final qarşılaşmasında Ukraynaya qalib gəlib - 1:0. 34-cü dəqiqədə Ukrayna millisinin futbolçusu Andrey Yarmolenko avtoqol müəllifi olub.

Uels millisi ilk və sonuncu dəfə 1958-ci il dünya çempionatında mübarizə aparıb. Həmin vaxt bu komandanın qarşısını 1/4 finalda Braziliya yığması 1:0 hesablı qələbə ilə kəsib.

Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO