Azərbaycanın sonuncu cüdoçusu Tbilisidə mübarizəyə başlayır – 2 bürünc medalımız var

Azərbaycanın sonuncu cüdoçusu Tbilisidə mübarizəyə başlayır – 2 bürünc medalımız var

Hazırda oxunan: Azərbaycanın sonuncu cüdoçusu Tbilisidə mübarizəyə başlayır – 2 bürünc medalımız var

77748

Bu gün Azərbaycanın daha bir cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, yarışın sonuncu günündə 90 kq çəki dərəcəsində çıxış edən Murad Fətiyev medal qazanmağa çalışacaq.

23 yaşlı idmançı 1/16 final mərhələsində qazaxıstanlı Adlet Missinlə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) və Elcan Hacıyev (81 kq) bürünc medala sahib çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO