Basketbol millimiz yarımfinala yüksəldi - Avropa çempionatı

Basketbol millimiz yarımfinala yüksəldi - Avropa çempionatı

Hazırda oxunan: Basketbol millimiz yarımfinala yüksəldi - Avropa çempionatı

77735

Basketbolun 3x3 növü üzrə millimiz Avropa çempionatının seçmə mərhələsinin yarımfinalına çıxıb.

Bizim.Media xəbər verir ki, 3x3 basketbol üzrə kişilərdən ibarət milli komandamız Kiprin Limassol şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində qrup oyunlarını keçirib.

B qrupunda qərarlaşan millimizin rəqibləri Kipr, Lüksemburq və Andorra komandaları olub. İlk görüşdə Kipr basketbolçuları ilə qarşılaşan yığmamız rəqibinə 19:11 hesabı ilə qalib gəlib.

İkinci qarşılaşmada komandamız Lüksemburq yığması ilə qarşılaşıb və oyundan 16:10 hesablı qalibiyyətlə ayrılıb. Qrupun sonuncu oyununda millimiz Andorra basketbolçuları ilə görüşüb və meydançadan 21:13 hesabı ilə qalib ayrılıb.

Qrupu ilk pillədə tamamlayan milli komandamız turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO