Gimnastlarımız Monteneqroda 6 medal qazandı - FOTO

Gimnastlarımız Monteneqroda 6 medal qazandı - FOTO

Hazırda oxunan: Gimnastlarımız Monteneqroda 6 medal qazandı - FOTO

77301

28-29 may 2022-ci il tarixində Monteneqronun Budva şəhərində Monteneqro Gimnastika Federasiyası və Budva Gimnastika klubu tərəfindən təşkil olunmuş bədii gimnastika üzrə”Montanegro Wild Beauty Cup 2022” beynəlxalq turniri keçirilib.  

Bizim.Media xəbər verir ki, yarışda uşaqlar,yeniyetmələr və böyüklər kateqoriyası üzrə 10 ölkəni təmsil edən 113  gimnast iştirak edib. 

İOEUG Gimnastika Məktəbinin gimnastları yarışda müvəfəqiyyətlə çıxış edərək  toplam 6 medal qazanıblar.

Fərdi hərəkətlərdə iştirak edən gimnastlarımız Amina Novruzova, Dərya Məmmədova, Zəhra Həsənzadə və Səidə  Əliyeva qızıl medal, Aylin Ocaqi topla hərəkətlərdə qızıl, çoxnövçülükdə isə bürünc medal qazanıb, ən kiçik yaş kateqoriyasında  çıxış edən Lalə Novruzova isə   beşinci yerdə  qərarlaşıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO