Bu gün son futbol üzrə Avropa çempionu İtaliya və Amerika Kubokunun son qalibi Argentina milli komandaları arasında oyun keçiriləcək.
Bizim.Media xəbər verir ki, "Finalissima" adı verilən görüş İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda təşkil olunacaq. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq matçı Çilidən olan FIFA referisi Pyero Masa idarə edəcək.
Qarşılşamada əlavə vaxt oynanılmayacaq. Əsas vaxtda qalib müəyyənləşməsə, birbaşa penaltilər seriyasına keçiləcək.
Qeyd edək ki, bu oyun UEFA ilə Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) arasında 2028-ci ilədək müddəti nəzərdə tutan əməkdaşlıq memorandumu çərçivəsində baş tutacaq.
Argentina millisinin baş məşqçisi Lionel Skaloni İtaliya ilə bugünkü oyun ərəfəsində fikirlərini bildirib.
“Futbolçu olanda belə stadionlarda rəqiblərə qarşı oynamaq mənə həzz verirdi. Çərşənbə günü də bu günlərdən biri olacaq. Təbii ki, biz Avropanın güclü komandaları ilə daha tez-tez qarşılaşmağa üstünlük verərdik. Ancaq bu, baş vermir. Bu andan yararlanmalı və mühüm təcrübə qazanmalıyıq.
Argentina forması ilə oynayanda hər matç önəmlidir. Kubok qazanmaq şansı varsa, bu, daha yaxşıdır”, - Skaloni qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:35 / 01.06.2022
Bu gün İtaliya və Argentina futbol yığması Londonda üz-üzə gələcək
Hazırda oxunan: Bu gün İtaliya və Argentina futbol yığması Londonda üz-üzə gələcək
Hazırda oxunan: Bu gün İtaliya və Argentina futbol yığması Londonda üz-üzə gələcək
77118
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.