Türkiyənin Sarıgerme qəsəbəsində çimərlik güləşi üzrə dünya seriyasının ilk mərhələsinə yekun vurulub.
Bizim.Media Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, 2 gün davam edən yarışda kişilər arasında 4 çəki dərəcəsində iştirak edən millimizin üzvləri 3 medal qazanıblar.
Qrup mərhələsini 4 güləşçimiz uğurla adlayıb. Onlardan İbrahim Yusubov (90 kq) yarımfinal və final görüşlərindən qalib ayrılaraq qızıl medala sahib çıxıb.
Ramiz Həsənov (70 kq) və Omid Kamaliagdam (80 kq) bürünc medal əldə ediblər. Oyan Nəzəriani (+90 kq) yarışın ilk günündə qolundan ciddi zədə aldığı üçün medalın bir addımlığında dayanıb və bürünc medal görüşündə iştirak etməyib.
Beləliklə, çimərlik güləşi üzrə millimiz yeni mövsümü 1 qızıl və 2 bürünc medalla açıb.
Qeyd edək ki, dünya seriyasının ilk mərhələsində I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyub.
Bizim.Media
- A-
- A
- A+
İdman
00:44 / 30.05.2022
Çimərlik güləşçilərimiz yeni mövsümə 3 medalla start verdilər
Hazırda oxunan: Çimərlik güləşçilərimiz yeni mövsümə 3 medalla start verdilər
Hazırda oxunan: Çimərlik güləşçilərimiz yeni mövsümə 3 medalla start verdilər
76755
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.