AFFA rəsmisi FIFA-nın seminarına qatıldı - FOTO

AFFA rəsmisi FIFA-nın seminarına qatıldı - FOTO

Hazırda oxunan: AFFA rəsmisi FIFA-nın seminarına qatıldı - FOTO

76540

"FİFA-nın Qlobal Toxunulmazlıq Prinsipinə Dair Proqramı” mövzusunda UEFA-a üzvü olan 55 federasiyanın nümayəndələri üçün İsveçrənin Nyon şəhərində seminar keçirilib.

Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, seminarda UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli iştirak edir.

Seminar FIFA-nın 211 üzv assosiasiyasının oyunun toxunulmazlıq prinsipi üzrə məsul şəxslərinə “Yarışların manipulyasiyası fenomeninin” təfərrüatlarını dərindən mənimsəmək və səmərəli mübarizə aparmaq üçün görüləcək tədbirləri təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, proqram oyunun manipulyasiyasının qarşısını almaq və onunla mübarizə aparmaq, həmçinin üzv assosiasiyalar səviyyəsində uğurlu və davamlı təşəbbüslər yaratmaqla toxunulmazlıq prinsipini təbliğ etmək üçün zəruri məlumat və vasitələri təqdim edəcək.

Bundan əlavə, praktiki nümunələr vasitəsilə oyunun manipulyasiyası insidentləri ilə bağlı araşdırmaların necə aparılacağına dair fikir formalaşdıracaq. Proqram həmçinin oyunun toxunulmazlığı prinsipinə məsul şəxslərə təcrübələrini və ən faydalı praktiki biliklərini bir-biri ilə bölüşmək imkanı yaradacaq.

Proqramın UEFA buraxılışı 3 modul üzrə keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO