"Qarabağ" Azərbaycan kubokunun QALİBİ OLDU - YENİLƏNİB

Hazırda oxunan: "Qarabağ" Azərbaycan kubokunun QALİBİ OLDU - YENİLƏNİB

76515

Qalibi müəyyən etmək üçün 15 dəqiqədən ibarət 2 hissə oynanılıb. Qapılara top vurulmadığı üçün qalib penalti seriyasında müəyyənləşib.

Rəqibindan daha üstün olan "Qarabağ" Azərbaycan kubokunun qalibi olub.

***

Final oyununun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb və qalib müəyyənləşməyib.

Qalibin müəyyənləşməsi üçün 15 dəqiqədən ibarət 2 hissə oynanılacaq.

***

"Qarabağın" hücumçusu Abdullah Zubir 69-cu dəqiqə matçda hesabı bərabərləşdirib - 1-1.

***

Qəbələ şəhərində keçirilən matçda "Zirə" hesabı açıb. Hamidu Keyta 17-ci dəqiqədə komandasını hesabda önə çıxarıb.

****

Bu gün Azərbaycan kubokunun 2021/22 mövsümünün final oyunu keçirilir.

Bizim.Media xəbər verir ki, həlledici matçda Premyer Liqanın son çempionu "Qarabağ" bürünc medalçı "Zirə" ilə üz-üzə gəlir. 

Qeyd edək ki, “Qarabağ” indiyədək 6 dəfə Azərbaycan kubokunun qalibi olub. “Zirə” isə ilk dəfə bu gün bu titulu qazana bilər.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO