Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə yekun vurulub.
Bizim.Media xəbər verir ki, XXVIII turun sonuncu oyununda çempion "Qarabağ" gümüş mükafatçı "Neftçi"ni qəbul edib.
"Azersun Arena"dakı qarşılaşma "köhlən atlar"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində 5-ci və 14-cü dəqiqələrdə Patrik Andrade, 10-cu dəqiqədə Kadi Borges fərqlənib.
57-ci dəqiqədə qonaqların qapıçısı İvan Brkiç avtoqol müəllifi olub. 71-ci dəqiqədə isə Ramon Maçado təsəlli qoluna imza atıb.
"Qarabağ" qələbə sayəsində xallarının sayını 69-a çatdırıb. "Neftçi" isə 50 xalda qalıb.
Qeyd edək ki, günün ilk matçlarında "Zirə" "Şamaxı" ilə qolsuz heç-heçə edib. "Qəbələ" isə "Sabah"la bərabərə qalıb - 1:1. "Sumqayıt" isə "Səbail"i 5 cavabsız qolla üstələyib.
Bizim.Media