Kamran Ağayev and-aman etdi:  “Allah haqqı övladım yoxdur”x9d

Kamran Ağayev and-aman etdi: “Allah haqqı övladım yoxdur”x9d

Hazırda oxunan: Kamran Ağayev and-aman etdi: “Allah haqqı övladım yoxdur”x9d

74689
Azərbaycanın milli futbol komandasının qapıçısı məşhur verilişdə haqqında deyilənlərə aydınlıq gətirib. 

ANS PRESS-in məlumatına görə, “Məchulu tapın”x9d verilişinin qonağı olan millimizin və hazırda “Kayserispor”x9dun şərəfini qoruyan futbolçu Kamran Ağayev formata uyğun olaraq ekspertlər tərəfindən dəyərləndirilib. 

Onların əksəriyyətinin futbolçu barəsində söylədiyi fikirlər doğru çıxıb. Lakin xiromant Vahid Məcidovun onun övlad sahibi olmasını söyləməsi ilə razılaşmayıb. 

“İndi hamı deyəcək ki, övladı var”¦ Vallah belə şey yoxdur. Vallahdan ”“ Allahdan böyük yoxdur. Vallahi deyirəm, Allah haqqı deyirəm belə şey yoxdur. İnsan bir dəfə ailə qurur, bir dəfə də övladı olur, hamı da bilir ki, övladı var. Yoxsa belə şeylər bizim təbiətimizə görə deyil”x9d ”“ deyə K.Ağayev xiromantın fikrinə münasibət bildirib. 

Qeyd edək ki, ANS TV-də yayımlanan sözügedən verilişə dəvət olunan məşhurlar 5 xüsusi qabiliyyətli ekspert tərəfindən tədqiq olunur. Bu ekspertlər kriminalist, psixoloq, ekstrasens, parapsixoloq və xiromantdır. Onlar məchul qalan qonağın kimliyini tapmalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO