Dibala

Dibala "Yuventus"la vidalaşdı: “Sabah mənim bu formada son matçım olacaq”

Hazırda oxunan: Dibala "Yuventus"la vidalaşdı: “Sabah mənim bu formada son matçım olacaq”

74476

Argentinalı futbolçu Paulo Dibala İtaliyanın "Yuventus" klubu ilə vidalaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Sports” nəşri yayıb.

“Vidalaşmaq üçün düzgün söz tapmaq çətindir. Bu qədər illər və o qədər duyğular... Daha uzun illər birlikdə olacağımızı düşünürdüm, amma tale bizi fərqli yollara aparır.

Sizin sayənizdə yaşadığım hər şeyi heç vaxt unutmayacağam, nə bir oyunu, nə bir qolu. Səninlə böyüdüm, oxudum, yaşadım, xəyal qurdum. Sehrli 7 ilim keçdi. Heç kimin bizdən ala bilməyəcəyi 12 kubok və 115 qol.

Çətin anlarımda mənə dəstək olduğunuz üçün təşəkkür edirəm. Bu illər ərzində mənimlə olanlara: azarkeşlərdən klubda çalışan insanlara, məşqçilərə və komanda yoldaşlarına, işçilərə və menecerlərə təşəkkür edirəm.

Bu köynəyi və kapitan sarğısını geyinmək həyatımın ən qürurverici anlarından biridir. Ümid edirəm ki, bir gün bunu övladlarıma və nəvələrimə göstərə biləcəyəm.

Sabah bu formada son matçım olacaq. Təsəvvür etmək çətindir, amma bu, bizim son vidamız olacaq.

Bu, asan olmayacaq, amma mən sizin üçün hər şeyi verdiyimi bilə-bilə təbəssümlə və başımı dik tutaraq meydana çıxacağam”, - “Yuventus”un forvardı sosial şəbəkələrdə yazıb.
Sabah, mayın 16-da “Yuventus” A Seriyasında evdə “Latsio” ilə qarşılaşacaq. Həmçinin mayın 22-də evdə “Fiorentina” ilə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO