İngiltərə Premyer Liqası: \

İngiltərə Premyer Liqası: \"Mançester Siti\" səfərdə xal itirdi

Hazırda oxunan: İngiltərə Premyer Liqası: \"Mançester Siti\" səfərdə xal itirdi

74460

Mayın 15-də Futbol üzrə İngiltərə Premyer Liqasının 37-ci turunun oyunlarına start verilib.

Bizim.Media xəbər verir ki, turnir cədvəlinin lideri "Mançester Siti" səfərdə "Vest Ham Yunayted" komandasının qonağı olub.

Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 2:2.

Bu nəticədən sonra xal ehtiyatını 90-a çatdıran Mançester təmsilçisi liderliyini davam etdirir. 56 xalı olan "Vest Ham Yunayted" 7-ci yerdə qərarlaşıb. Bir oyun az keçirən "Liverpul" isə 86 xalla ikinci yerdədir.

Beləliklə, Premyer Liqanın qalibinin adı son turda müəyyənləşəcək.

Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

"Tottenhem" - "Börnli" - 1:0;

"Aston Villa" - "Kristal Palas" - 1:1;

"Lids Yunayted" - "Brayton" - 0:1;

"Vatford" - "Lester Siti" - 1:5;

"Volverhemton" - "Norviç Siti" - 1:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO