"Nazir olandan sonra həyatımda çox şey dəyişib. 30 il görmədiyim insanlar məni yada salır, dostlarımın sayı artıb. Buna normal baxıram".
Bunu gənclər və idman naziri Fərid Qayıbov "ASAN Radio"nun "QəbuldASAN" verilişində qonaq olarkən deyib.
Nazir bildirib ki, indi də küçədə əvvəlkitək rahat gəzə bilir:
"Sadəcə, qapalı yerlərdə bir az çətinlik olur. Bu da normaldır. İnsanlar yaxınlaşıb mənimlə şəkil çəkdirəndə oğlum daha çox sevinir".
F.Qayıbov hər həftənin çərşənbə günü digər nazirlərlə futbol oynadığını söyləyib:
"Mayın 15-də Bakı marafonunda iştirak edəcəyəm. İdman naziri kimi deməliyəm ki, idmanla məşğul oluram" (report)
Bizim.Media
- A-
- A
- A+
İdman
09:10 / 13.05.2022
"Nazir olandan sonra dostlarımın sayı artıb" - Fərid Qayıbov - VİDEO
Hazırda oxunan: "Nazir olandan sonra dostlarımın sayı artıb" - Fərid Qayıbov - VİDEO
Hazırda oxunan: "Nazir olandan sonra dostlarımın sayı artıb" - Fərid Qayıbov - VİDEO
74104
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.