Azərbaycanda idmançıların reytinq cədvəli açıqlandı – İLK DƏFƏ 

Azərbaycanda idmançıların reytinq cədvəli açıqlandı – İLK DƏFƏ 

Hazırda oxunan: Azərbaycanda idmançıların reytinq cədvəli açıqlandı – İLK DƏFƏ 

73670

Gənclər və İdman Nazirliyi ilk dəfə olaraq, Azərbaycan idmançılarının reytinq cədvəlini hazırlayıb. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, reytinq xallarının hesablanması idman növləri üzrə federasiyaların təqdim etdikləri beynəlxalq yarışların təsnifatına uyğun aparılacaq. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 4 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır. 

Reytinq əmsalının hesablanması ilk olaraq Olimpiya idman növləri üzrə (böyüklər arasında) nəzərdə tutulub. 

“Azərbaycan Respublikası idmançılarının reytinq əmsalının hesablanması haqqında Əsasnamə”yə uyğun olaraq hazırlanmış reytinq cədvəli hər ay yenilənərək idmançıların və komandaların göstərdikləri nəticələr xallarında, reytinq mövqelərində əksini tapacaq. 
Qeyd edək ki, idmançıların reytinq xalları növbəti təqvim ilinə keçiddə sıfırlanmayacaq və cədvəl üzrə son 12 ayın nəticələri aktiv olaraq qalacaq.

Məsələn, idmançının 2023-cü ilin fevral ayının 1-də reytinq əmsalı hesablanarkən, onun son 12 ay (1 fevral 2022 – 31 yanvar 2023) göstəriciləri nəzərə alınacaq. 

Reytinqdə ilk növbədə Olimpiya Oyunlarında uğurla çıxış etmiş idmançılara üstünlük veriləcək.

Bundan sonra, idman növündən asılı olaraq, dünya, Avropa çempionatlarının və digər yarışların nəticələri nəzərə alınacaq. 
Həmçinin bu reytinqdə sabitlik son dərəcə vacibdir. İl ərzində sabit çıxış edən idmançı cədvəldə, böyük olsa belə, bir uğur qazanmış idmançıdan daha yüksəkdə ola bilər.

Zərurət olduqda, reytinq əmsallarının hesablanma qaydası gələcəkdə təkmilləşdirilə bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO