Azərbaycanlı tələbələr Gürcüstan çempionatında 2 gümüş medal qazandılar

Azərbaycanlı tələbələr Gürcüstan çempionatında 2 gümüş medal qazandılar

Hazırda oxunan: Azərbaycanlı tələbələr Gürcüstan çempionatında 2 gümüş medal qazandılar

73514

Tələbələr arasında boks üzrə Gürcüstan çempionatı keçirilib.

Bizim.Media xəbər verir ki, Marneuli Bələdiyyəsinin ev sahibliyi etdiyi birincilikdə Marneuli İdman Məktəbinin boksçuları uğurla çıxış ediblər.

Çempionatda Röyal Bədəlov (52) və Fazil Sultanov (90 kq) gümüş medal qazanıblar.

Marneulidəki “Azərbaycan Evi”ndə (Azerbaijan Hous) qalibləri mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə bildirilib ki, turnirin qalibləri müxtəlif beynəlxalq turnirlərdə, o cümlədən Avropa və dünya çempionatlarında Gürcüstan adından çıxış etmək hüququ qazanıblar.

Mərasimdə Gürcüstan Boks Federasiyasının prezidenti David Tsiklauri, Kvemo Kartli bölgəsinin qubernatoru Giorgi Doxturişvili, Marneulinin meri Kənan Ömərov, Gürcüstan parlamentinin deputatı Zaur Darğallı və digər rəsmi şəxslər iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO