"Apreldə 3 federasiyanın akkreditasiyası təsdiqlənib, 3 federasiyanın isə statusu dayandırılıb".
Bizim.Media-nın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov ötən ay statusu dayandırılan federasiyalar barədə aylıq qeydində yazıb.
Nazir bu fəaliyyətin yekunda daha optimal idman sisteminin qurulmasına və milli komandaları formalaşdıran federasiyaların güclənməsinə kömək edəcəyinə inandığını bildirib:
"Bu ay Kamandan Oxatma Federasiyasının və Azərbaycan Yelkənli İdman Federasiyasının ümumi yığıncaqları keçirilib, qurumların rəhbərlikləri seçilib".
Qeyd edək ki, ötən ay "Azərbaycan Sindo-Ryu və Pençak Silat Federasiyası", “Azərbaycan Məktəb İdmanları Federasiyası” İB və “Azərbaycan Karlar İdmanı Federasiyası” İB-nin federasiya statusları dayandırılıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:04 / 09.05.2022
Fərid Qayıbov statusu dayandırılan federasiyalardan yazdı
Hazırda oxunan: Fərid Qayıbov statusu dayandırılan federasiyalardan yazdı
Hazırda oxunan: Fərid Qayıbov statusu dayandırılan federasiyalardan yazdı
73466
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.