Neymar ən böyük arzusunu açıqladı

Neymar ən böyük arzusunu açıqladı

Hazırda oxunan: Neymar ən böyük arzusunu açıqladı

73294

"Pari Sen-Jermen" klubunun və Braziliya yığmasının hücumçusu Neymar milli komandanın 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında qalib gələcəyinə ümid etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə "Goal.com" portalı bildirib.

"Bu mənim ən böyük arzumdur. Bu il PSJ ilə Çempionlar Liqasını qazanmaq istəyirdim, amma təəssüf ki, olmadı. Dünya çempionatında qalib olmaq üçün bu fürsəti əldən vermək istəmirəm", - deyə futbolçu qeyd edib.

Braziliya millisi beşqat dünya çempionudur. Qətərdə Titanın yetirmələri qrup mərhələsində Serbiya, İsveçrə və Kamerun milliləri ilə mübarizə aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO