Azərbaycan dünya çempionunu milliləşdirdi

Azərbaycan dünya çempionunu milliləşdirdi

Hazırda oxunan: Azərbaycan dünya çempionunu milliləşdirdi

72772

Azərbaycan cüdo ailəsinə yeni idmançı qatılıb.

Bizim.Media Azərbaycan Cüdo Federasiyasından (ACF) istinadən xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) Olimpiya oyunlarının gümüş mükaftaçısı və dünya çempionu Səid Mollayinin 2 may 2022-ci ildən etibarən Azərbaycan bayrağı altında çıxış etməsinə rəsmi razılıq verilib.

IJF-in qəbul etdiyi yeni idman qaydalarına əsasən, idmançı çıxış etdiyi ölkəni dəyişərkən əvvəllər olduğu kimi, onun reytinq xalları sıfırlanmayacaq.

Bu qaydaya əsasən, Səid Mollayi hazırda malik olduğu reytinq xallarını qoruyub saxlayacaq. Qeyd edək ki, hazırda o, -81 kq. çəki dərəcəsində dünya reytinqində 7-ci yerdə gedir.
Səid Mollayi 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının qalibi olub. 2021-ci ildə keçirilən Tokio Yay Olimpiya Oyunları 2020-də isə gümüş medal qazanıb. Bundan əlavə, Səid müxtəlif illərdə Asiya Oyunlarında və Çempionatlarında, Böyük Dəbilqə turnirlərində və digər nüfuzlu beynəlxalq yarışlarda qalib və mükafatçı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO