Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq – SON 2 GÖRÜŞ 

Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq – SON 2 GÖRÜŞ 

Hazırda oxunan: Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq – SON 2 GÖRÜŞ 

72684

Mayın 4-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.

Günün ilk matçında avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə” və “Qəbələ” komandaları qarşılaşacaq. Hazırda “Zirə” 42 xalla üçüncü, “qırmızı-qaralar” isə 35 xalla dördüncü pillədə qərarlaşıb. Paytaxt təmsilçisi qalib gələcəyi halda avrokuboklara vəsiqəni təmin edəcək.

Komandalar indiyədək ölkə çempionatında 26 dəfə qarşılaşıblar. Bunların beşində meydan sahibləri, səkkizində qonaqlar qələbə qazanıblar. On üç oyunda heç-heçə qeyd alınıb.

“Qəbələ” beş oyundur rəqibinə uduzmur. “Zirə” son altı ev matçında cəmi bir dəfə qələbə qazanıb.

Tura Sumqayıtda yekun vurulacaq. On beş xalla yeddinci sırada yer alan şəhərin eyniadlı təmsilçisi 47 xalla ikinci yerdə gedən “Neftçi”ni qəbul edəcək.

Bu, komandaların Premyer Liqada 38-ci qarşılaşması olacaq. İndiyədək keçirilmiş görüşlərin 12-si “gənclik şəhəri” təmsilçisinin, 18-i paytaxt klubunun qələbəsi ilə yekunlaşıb. Səkkiz qarşılaşmada qalib müəyyənləşməyib.
“Neftçi” dörd oyundur məğlub olmur. “Sumqayıt” isə son altı ev qarşılaşmasında qalib gəlməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO