Mingəçevir Şahmat Məktəbinin 6 yaşlı yetirməsi Yunanıstanda keçirilən yarışda rapid və sürətli şahmat üzrə Dünya birinciliyində gümüş mükafat qazanıb.
Bizim.Media-nın yerli bürosuna məlumat verən Mingəçevir Şahmat Məktəbinin direktoru Eyyub Həsənov bildirib ki, 3 saylı orta məktəbin 1-ci sinif şagirdi və şahmat məktəbinin 6 yaşlı yetirməsi Mehriban Əhmədli Yunanıstanda məktəblilər arasında keçirilən Avropa çempionatında dördüncü olub.
Qaydalara əsasən bu yarışların ardınca rapid və sürətli şahmat üzrə dünya birinciliyi keçirilir.
Mehriban Əhmədli hər iki növdə uğurla çıxış edərək dünya birinciliyinin gümüş mükafatını qazanıb.
Sabah qalib idmançı Yunanıstandan Azərbaycana dönəcək. Şəhər icra hakimiyyəti, məktəb rəsmiləri və idman ictimaiyyətinin fəalları paytaxtın hava limanında Azərbaycan çempionu və dünya mükafatçısı olan 6 yaşlı şahmatçının qarşılanma törəninə qatılacaq.
Ehtiram Muradov, Bizim.Media
- A-
- A
- A+
İdman
10:20 / 04.05.2022
Mingəçevirli şahmatçı dünya birinciliyinin gümüş mükafatını qazandı - FOTO
Hazırda oxunan: Mingəçevirli şahmatçı dünya birinciliyinin gümüş mükafatını qazandı - FOTO
Hazırda oxunan: Mingəçevirli şahmatçı dünya birinciliyinin gümüş mükafatını qazandı - FOTO
72650
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.