Avropa çempionatı: Heydərov finalda, Orucov bürünc medal görüşünə çıxacaq

Avropa çempionatı: Heydərov finalda, Orucov bürünc medal görüşünə çıxacaq

Hazırda oxunan: Avropa çempionatı: Heydərov finalda, Orucov bürünc medal görüşünə çıxacaq

72205

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Bizim.Media-nın məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan idmançı Mark Xristovla (Bolqarıstan) qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Heydərov finala yüksəlib.

Eyni çəkidə çıxış edən Rüstəm Orucov isə təsəlliverici qarşılaşmada Aleksandru Raykunu (Rumıniya) məğlub edərək, bürünc medal görüşünə vəsiqə qazanıb.


*** 14:46

Azərbaycanın cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinala yüksəliblər.

Bizim.Media-nınməlumatına görə, 73 kq-da çıxış hər iki idmançı mübarizəyə 1/16 finaldan başlayıb.

O, ardıcıl olaraq, Adam Stodolski (Polşa), Martin Hoyak (Sloveniya) və Aleksandru Raykuya (Rumıniya) qalib gəlib.

Bu çəkidəki digər Azərbaycan təmsilçisi Rüstəm Orucov isə ilk iki görüşündə Coşua Qrin (İrlandiya) və Aleksandr Koşlyakı (Ukrayna) məğlub etsə də, 1/4 finalda Mark Xristovla (Bolqarıstan) bacarmayıb.
Heydərov finala gedən yolda Xristovla, Orucov isə təsəlliverici qarşılaşmada Rayku ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatının ilk günündə Azərbaycanın 6 cüdoçusu mübarizə aparıb. Onlardan heç biri medal qazana bilməyiblər. Yarış mayın 1-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO