Türkiyədə bir neçə saatdan sonra böyük həyəcan başlayacaq. Belə ki, əzəli rəqiblər "Qalatasaray" və "Fənərbaxça" Bakı vaxtı ilə saat 21:00-da "Şükrü Saracoğlu" stadionunda meydana çıxacaqlar.
ANS PRESS-in məlumatına görə, stadiona böyük insan axını başlayıb. Lakin 200-dən çox azarkeş isə "Qalatasaray" komandasının qaldığı Point Hotel Barbarosun qarşısında "sarı-qırmızı"lıları qələbəyə səsləyirlər.
Klubun vitse-prezidenti Əbdürrəhim Albayraq və və hollandiyalı futbolçu Uesli Sneyder azarkeşlərin qarşısına çıxaraq meydana qələbə qazanmaq üçün çıxacaqlarını deyiblər.
"Bura gələn bütün azarkeşlərə təşəkkür edirəm. Hamısından Allah razı olsun. Komandamızın əhval ruhiyyəsi olduqca yüksəkdir. Milyonlarla insan inşallah gözəl oyun izləyəcəklər. Oyun zamanı dava-dalaşın olmayacağına ümid edirəm", - deyə Albayraq bildirib.
Digər tərəfdən isə "Fənərbaxça" tərəfdarları "Qalatsaray"ın formasını yandırıblar. Azarkeşlər "Şükrü Saracoğlu" stadionunun ətrafında sanki bir karnaval yaşanır.
Derbini izləmək üçün Avropa ölkələrindən də gələnlərin sayı çoxdur.































































































