Formula 1 üzrə ənənəvin çempionatın növbəti mərhələsi “Red Bull” komandasının üstünlüyü ilə başa çatıb.
Bizim.Media “sports.ru” saytına istinadən xəbər verir ki, İtaliyanın Emilia-Romania şəhərində keçirilən yarışda komandanın üzvləri Formula 1 Qran Prisinin qalibi olub.
Maks Ferstappen (Niderland) yarışı birinci, Serxio Peres (Meksika) isə ikinci pillədə başa vurub.
İlk üçlüyü “McLaren”in britaniyalı pilotu Lando Norris qapayıb.
Qeyd edək ki, dördüncü mərhələdən sonra bugünki yarışda altıncı olan “Ferrari”nin pilotu Şarl Lekler xalların sayına görə hamını qabaqlayır.
Mühəndislər Kubokunda da onun komandası ilk pillədə qərarlaşıb.
Məlumat üçün bildirək ki, çempionatın beşinci mərhələsi - Mayami Qran Prisi mayın 6-dan 8-dək baş tutacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
07:55 / 25.04.2022
“Red Bull” İtaliyada dubl etdi - Formula 1
Hazırda oxunan: “Red Bull” İtaliyada dubl etdi - Formula 1
Hazırda oxunan: “Red Bull” İtaliyada dubl etdi - Formula 1
71209
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.