Azərbaycan karateçiləri Portuqaliyanın Matozinyuş şəhərində keçirilən Karate1 Premyer Liqa turnirini iki medalla başa vurub.
Bizim.Media xəbər verir ki, 68 kq-da çıxış edən qadın idmançı İrina Zaretska və 75 kq-da yer alan Fərid Ağayev finalda İtaliya təmsilçilərinə uduzaraq, gümüş medal qazanıblar.
Həlledici qarşılaşmalarda Zaretska Silvia Semeraro ilə, Ağayev isə Daniele Da Vivo ilə bacarmayıb.
Qeyd edək ki, Azərbaycanın digər 2 təmsilçisi Tural Ağalarzadə (67 kq) və Asiman Qurbanlı (+84 kq) isə bürünc medal qarşılaşmalarında məğlub olublar.
Bizim.Media
![Portuqaliyada karateçilərimiz 2 gümüş medal qazandı Portuqaliyada karateçilərimiz 2 gümüş medal qazandı](https://bizim.media/file/articles/2022/04/24/1650817694_8e32a245-ed46-46e8-8e3f-2d232b2a9fe9.jpg)
- A-
- A
- A+
İdman
20:31 / 24.04.2022
Portuqaliyada karateçilərimiz 2 gümüş medal qazandı
Hazırda oxunan: Portuqaliyada karateçilərimiz 2 gümüş medal qazandı
Hazırda oxunan: Portuqaliyada karateçilərimiz 2 gümüş medal qazandı
71198
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.