Fransanın Strasburq şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku yarışının birinci günündə komandamız uğurla çıxış edərək biri qızıl, ikisi gümüş, 4-ü bürünc olmaqla, 7 medal qazanıb.
Bizim.Media xəbər verir ki, cüdoçularımızdan Nizami İmranov (60 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub.
Məhəmməd Musayev (55 kq) və Nicat Nağıyev (73 kq) yalnız finalda uduzaraq gümüş medal qazanıblar. Məhəmməd Məmişov (50 kq), Şahin Oruczadə (55 kq), Əbil Yusubov (66 kq), Xalid Məmmədov (50 kq) isə üçüncü yeri tutublar.
Bu nəticə ilə Azərbaycan komandası ümumi hesabda ikinci pillədə qərarlaşıb.
Aprelin 24-də yekunlaşacaq Avropa kuboku turnirində 20 ölkədən 366-ya yaxın cüdoçu mübarizə aparır. Azərbaycan yarışda, ümumilikdə 18 idmançı ilə təmsil olunur.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:31 / 24.04.2022
Yeniyetmə cüdoçularımız Fransada 7 medal qazandı - Yarışın ilk günündə
Hazırda oxunan: Yeniyetmə cüdoçularımız Fransada 7 medal qazandı - Yarışın ilk günündə
Hazırda oxunan: Yeniyetmə cüdoçularımız Fransada 7 medal qazandı - Yarışın ilk günündə
71136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.