UEFA Region Kubokunun oyunları Azərbaycanda keçiriləcək

UEFA Region Kubokunun oyunları Azərbaycanda keçiriləcək

Hazırda oxunan: UEFA Region Kubokunun oyunları Azərbaycanda keçiriləcək

71033

UEFA Region Kubokunun 2022/2023 mövsümünün ilkin mərhələsinin oyunları Azərbaycanda keçiriləcək.

Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Region Liqasında 2021/2022-ci illər mövsümünün qalibi ilkin mərəhələnin 2-ci qrupunda Belarus komandası ilə qarşılaşacaq.

İlkin mərhələnin 1-ci qrupunda isə Gürcüstan, Qazaxıstan və Estoniya təmsilçiləri mübarizə aparacaq.

Oyunlar 23-29 iyunda olacaq. Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq.

Xatırladaq ki, UEFA Region Kubokunun 2020/21-ci illər mövsümü COVID-19 pandemiyası səbəbindən təxirə salınmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO