AFFA-dan

AFFA-dan "Qarabağ"a xəbərdarlıq, "Qəbələ"nin baş məşqçisinə AĞIR CƏZA

Hazırda oxunan: AFFA-dan "Qarabağ"a xəbərdarlıq, "Qəbələ"nin baş məşqçisinə AĞIR CƏZA

70926

AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın XXIII turunun “Qəbələ” – “Sumqayıt” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur.

“Qəbələ” – “Sumqayıt” oyununda meydançaya kənar şəxs daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.

“Qəbələ” – “Sumqayıt” oyununda matçın 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun şərti olmaqla, 5 oyun cəzalanır klub 4000 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir.

“Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
“Qarabağ” – “Şamaxı” oyununda dövlət yanğından mühafizə xidməti maşını oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi kluba xəbərdarlıq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO