Avropa Kubokuna qatılacaq Azərbaycan cüdoçuları - SİYAHI

Avropa Kubokuna qatılacaq Azərbaycan cüdoçuları - SİYAHI

Hazırda oxunan: Avropa Kubokuna qatılacaq Azərbaycan cüdoçuları - SİYAHI

70830

Azərbaycanın millisinin cüdoçuları Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək Avropa Kubokuna qatılacaqlar.

Federasiyanın Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, turnirdə dünyanın 25 ölkəsindən 243 idmançı medallar və reytinq xalları uğrunda mübariz aparacaqlar.

Azərbaycanı turnirdə Nazir Talıbov (60 kq), İsmayıl İbrahimov, Ruslan Paşayev, Elçin Hüseynov (hər üçü 66 kq), Nəriman Mirzəyev (73 kq), Hasil Cəfərov, Zelim Tçkayev (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq) və İmran Yusifov (+100 kq) təmsil edəcəklər.

Qeyd edək ki, Avropa Kuboku 23-24 apreldə təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO