“Dinamo”dan Mahirə növbəti xüsusi diqqət - FOTO

“Dinamo”dan Mahirə növbəti xüsusi diqqət - FOTO

Hazırda oxunan: “Dinamo”dan Mahirə növbəti xüsusi diqqət - FOTO

70591

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” (Zaqreb) bu gün Xorvatiya çempionatında növbəti oyununu keçirəcək. 

Bizim.Media xəbər verir ki, komanda 9-cu turdan təxirə salınmış görüşdə “Hayduk”un qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Qeyd edək ki, “Dinamo” bu oyun üçün hazırladığı posteri özünün sosial şəbəkə hesablarında paylaşıb. Posterdə Mahir Emrelinin şəkli yer alıb. Qeyd edək ki, 31-ci turda “İstra” ilə matçdan əvvəlki posterdə də Mahirin şəkli vurulmuşdu.
Xatırladaq ki, Emreli son 2 turda Xorvatiya liqasında 2 qol vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO