Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
Bizim.Media xəbər verir ki, açılış matçı Qəbələdə eyniadlı komanda ilə "Qarabağ" arasında olacaq. Saat 17:30-da başlayacaq görüşü Kamal Umudlu idarə edəcək.
Əyalət təmsilçiləri indiyədək 6 dəfə kubokda rəqib olublar. Bunlardan 4-ü 1/4 finala, 1-i yarımfinala, 1-i isə finala təsadüf edib. Ümumilikdə baş tutan 11 görüşün 2-də meydan sahibləri, 4-də qonaqlar qələbə qazanıblar. Beş oyunda heç-heçə qeydə alınıb. Topların nisbətində də Ağdam klubunun üstünlüyü var - 14:8. Son 3 matçda "Qarabağ" rəqibini məğlub edib.
Digər görüşdə "Neftçi" "Zirə" ilə münasibətlərinə aydınlıq gətirəcək. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşmanın baş hakimi FIFA referisi Rauf Cabbarov olacaq.
İlk dəfə yarımfinalda görüşən paytaxt klublarının yolları 1/4 finalda 3 dəfə kəsişib. Əvvəlki 6 oyunun yarısı "qartallar"ın, 2-si "ağ-qaralar"ın xeyrinə başa çatıb. 1 görüşdə qalib müəyyənləşməyib. "Neftçi"nin vurduğu 6 qola "Zirə" 4 topla cavab verib.
Qeyd edək ki, cavab oyunları aprelin 29-da gerçəkləşəcək.
Bizim.Media