Benzema qol sayında əfsanəvi futbolçunu geridə qoydu - VİDEO

Benzema qol sayında əfsanəvi futbolçunu geridə qoydu - VİDEO

Hazırda oxunan: Benzema qol sayında əfsanəvi futbolçunu geridə qoydu - VİDEO

70121

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema yeni nailiyyətə imza atıb.

Bizim.Media xəbər verir ki, "Sevilya" ilə XXXII tur oyununda 90+2-ci dəqiqədə fərqlənən 35 yaşlı hücumçu Madrid təmsilçisində La Liqadakı qollarının sayını 217-ə çatdırıb.

Beləliklə, fransalı forvard "kral klubu"nun əfsanəvi oyunçusu Alfredo Di Stefanonu geridə qoyub.

"Real Madrid"də La Liqadakı qol sayına görə rekord Kriştianu Ronalduya məxsusdur. Hazırda İngiltərə "Mançester Yunayted"ində çıxış edən hücumçu 311 dəfə fərqlənib. İkinci sırada isə Raul Qonsales (228 qol) qərarlaşıb.

Qeyd edək ki, qarşılaşma paytaxt klubu "Sevilya"nı 3:2 hesabı ilə məğlub edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO