Premyer Liqa:

Premyer Liqa: "Zirə" autsayderi, "Neftçi" "Sabah"ı qəbul edəcək

Hazırda oxunan: Premyer Liqa: "Zirə" autsayderi, "Neftçi" "Sabah"ı qəbul edəcək

69899

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulacaq. 

Bizim.Media-nın məlumatına görə, son oyun günündə də 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında 36 xalla 3-cü pillədə qərarlaşan "Zirə" 14 xalla sonuncu olan "Səbail"i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionundakı matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək. Oyun saat 18:15-də start götürəcək. 

Komandalar indiyədək ölkə çempionatında 18 dəfə üz-üzə gəliblər. Bu qarşılaşmaların 11-də meydan sahibləri, 3-də qonaqlar qələbə qazanıblar. 4 görüşdə heç-heçə qeydə alınıb. "Zirə" 9 oyundur uduzmur. "Səbail" son 4 matçda xal qazanmayıb. 

Turun son oyununda "Neftçi" "Bakcell Arena"da "Sabah"la qarşılaşacaq. Hazırda "ağ-qaralar" 41 xalla 2-ci, "ağ-göylər" isə 32 xalla 5-cidir. Start fiti 20:30-da çalınacaq görüşün baş hakimi Kamal Umudlu olacaq. 

İki komanda bunadək Premyer Liqada öz aralarında 14 oyun keçirib. 11 qarşılaşmada meydan sahibləri, 1 matçda qonaqlar qələbəni bayram ediblər. 2 görüşdə isə qalib müəyyənləşməyib.
“Neftçi” bütün oyunlarda qol vurub. Son 4 qarşılaşmada meydan sahibi qələbə qazanmayıb. 
Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçəyə razılaşıb, "Qarabağ" isə "Şamaxı"nı darmadağın edib - 8:0. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO