Sənan Qurbanov İSTEFA VERDİ

Sənan Qurbanov İSTEFA VERDİ

Hazırda oxunan: Sənan Qurbanov İSTEFA VERDİ

69879

"Şamaxı" futbol klubunun baş məşqçisi Sənan Qurbanov istefa verib.

Bizim.Media xəbər verir ki, o,  Azərbaycan Premyer Liqasının 23-cü turunda bu gün "Qarabağ"a 0:8 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında qərarını açıqlayıb:

"Belə məğlubiyyətdən sonra nəsə danışmaq çətindir. Oyuna itkilərlə çıxmışdıq. Acı məğlubiyyətdir. Rəhbərliklə danışdıq, getməyə qərar verdim. Gələcək oyunlarda "Şamaxı"ya uğurlar arzu edirəm. Ölkə kubokunu qazandıq, burada yaxşı günlərimiz oldu. Belə acı məğlubiyyətdən sonra qalmağım düzgün deyil".

Qeyd edək ki, Sənan Qurbanov 2021-ci ildən "Şamaxı"nı çalışdırırdı. Onun komandası hazırda Premyer Liqada 20 xalla 6-cı pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO