Prezident Qurban Qurbanovu “Şöhrət” ordeni ilə təltif etdi

Prezident Qurban Qurbanovu “Şöhrət” ordeni ilə təltif etdi

Hazırda oxunan: Prezident Qurban Qurbanovu “Şöhrət” ordeni ilə təltif etdi

69460

Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə Qurban Osman oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib. 

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

Xatırladaq ki, Qurban Osman oğlu Qurbanov  13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində dünyaya gəlib.

O, Azərbaycan futbol mütəxəssisi, keçmiş Azərbaycan futbolçusu, əməkdar məşqçidir. Futbolçu kimi hücumçu mövqeyində oynayıb. 2017-2018-ci illər arasında Azərbaycan millisinin baş məşqçisi olub. Hazırda Ağdamın “Qarabağ” futbol klubunu çalışdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO