Taleh Ziyadov Dünya Badminton Federasiyasının prezidenti ilə görüşdü

Taleh Ziyadov Dünya Badminton Federasiyasının prezidenti ilə görüşdü

Hazırda oxunan: Taleh Ziyadov Dünya Badminton Federasiyasının prezidenti ilə görüşdü

68799

Azərbaycan Badminton Federasiyasının (ABF) prezidenti Taleh Ziyadov Dünya Badminton Federasiyasının prezidenti Pol-Erik Xöyer Larsenlə görüşüb.

ABF-nin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, görüş Maltanın paytaxtı Valettada Avropa Badminton Konfederasiyasının illik iclası zamanı gerçəkləşib.

Tərəflər Azərbaycanda badmintonun inkişafı, iki qurum arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı müzakirələr aparıblar.
BWF ilə birgə əməkdaşlığın nəticəsi olaraq, ölkənin 5 regionunda həyata keçirilən "Shuttle Time" proqramı barədə ətraflı məlumat verilib. 

Proqramı ABF-nin vitse-prezidenti Aynur Səmədova və milli komandanın baş məşqçisi Morteza Validarvi nümunəvi layihə olaraq təqdim edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO